Bakıda liftdə köməksiz qalan 14 nəfər xilas edilib

  30 Noyabr 2019    Oxunub : 1425
 Bakıda liftdə köməksiz qalan 14 nəfər xilas edilib
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi, Nəsimi, Nərimanov və Səbail rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 4 müraciət daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 14 nəfərin liftdən çıxarılması təmin edilib.

Azvision.az

Teqlər: FHN   Lift