Sumqayıtda yolu keçən piyadanı maşın vurub

  30 Noyabr 2019    Oxunub : 1025
Sumqayıtda yolu keçən piyadanı maşın vurub
Noyabrın 27-də saat 19 radələrində Sumqayıt şəhərinin Lermontov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini A.Məmişova vurulub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “VAZ-21011” markalı avtomobilin sürücüsü , Sumqayıt sakini V.İbrahimov saxlanılıb.

Azvision.az

Teqlər: DİN   Piyada