Yaşayış binasında təhlükənin qarşısı alındı

Yaşayış binasında təhlükənin qarşısı alındı
  01 Dekabr 2019    Oxunub:1819
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Suraxanı rayonunda yaşayış binasının fasad hissəsinə vurulan dəmir örtüyünün qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ərazidən keçən insanların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər qopan hissəni kəsib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti