Daşkəsəndə 29 yaşlı kişini döyüb xəstəxanalıq etdilər

Daşkəsəndə 29 yaşlı kişini döyüb xəstəxanalıq etdilər
  01 Dekabr 2019    Oxunub:2169
Daşkəsəndə sərxoş kişi döyülüb.
Azvision.az xəbər verir ki, hadisə rayonun Qabaqtəpə kəndində baş verib.

Belə ki, kənd sakini, 1990-cı il təvəllüdlü Həsənov Fərman Fərhad oğlu ağır vəziyyətdə xəstəxanaya gətirilib. Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib. 29 yaşlı kişinin vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, F.Həsənov tanıdığı şəxs tərəfindən döyülüb. Bildirilib ki, F.Həsənov sərxoş vəziyyətdə həmin şəxsə balta ataraq ona xəsarət yetirib və buna görə də taxta parçası ilə döyülüb.

Hadisə barədə polisə məlumat verilib. Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Azvision.az



Teqlər: Daşkəsən  





Xəbər lenti