Bakının mərkəzində yol qəzası baş verib

  01 Dekabr 2019    Oxunub : 942
Bakının mərkəzində yol qəzası baş verib
Bakı şəhərinin Səbail rayonunda “Nissan” markalı minik avtomobili yol kənarındakı dəmir maneəyə çırpılıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN   Qəza