49 yaşlı kişi dəm qazından boğularaq ölüb

  01 Dekabr 2019    Oxunub : 953
49 yaşlı kişi dəm qazından boğularaq ölüb
Şirvan şəhərində 49 yaşlı kişi dəm qazından boğulub.
Azvision.az xəbər verir ki, hadisə şəhərin Xəqani küçəsi 24 ünvanında yerləşən fərdi yaşayış evində baş verib. Belə ki, Şirvan sakini, 1970-ci il təvəllüdlü Cəfərov Qurban Əlsoltan oğlu hamamda dəm qazından zəhərlənib. O, xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Şirvan   Dəm-Qaz