Avtomobil təmiri sexində yanğın oldu

  02 Dekabr 2019    Oxunub : 1001
Avtomobil təmiri sexində yanğın oldu
Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 185 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 35 m² sahədə yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, sexin qalan hissəsi və içərisində olan 3 minik avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın