Sosial müavinət düzəldəcəyi adı ilə 6 nəfəri aldatdı

Sosial müavinət düzəldəcəyi adı ilə 6 nəfəri aldatdı
  02 Dekabr 2019    Oxunub:2366
Cari ilin mart ayında Bakı şəhər sakini M.Məmmədovun sosial müavinət düzəldəcəyi adı ilə 6 nəfəri aldadaraq onlardan ümumilikdə 19.800 manat alması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciətlər daxil olub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti