Bakıda kafedə silahlı insident - Xəsarət alan var

Bakıda kafedə silahlı insident -  Xəsarət alan var
  02 Dekabr 2019    Oxunub:3990
Noyabrın 30-da saat 1 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən kafelərin birində 2 nəfər xuliqanlıq zəminində odlu silahdan açdıqları atəşlə Bakı şəhər sakini F.Zeynalovun əl nahiyəsinə xəsarət yetiriblər.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, xəsarət alan F.Zeynalova xəstəxanada ilkin tibbi yardım göstərilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən paytaxt sakinləri O.Quliyev və E.Babayev saxlanılıblar. E.Babayevdən cinayətdə istifadə etdiyi “Winchester” markalı tüfəng götürülüb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti