İki nəfərdən tüfəng götürülüb

İki nəfərdən tüfəng götürülüb
  02 Dekabr 2019    Oxunub:2032
Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən İmişli şəhər sakini Y.Rüstəmovdan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “İJ-58” markalı tüfəng və 20 ədəd patron aşkar edilərək götürülüb.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mahmudlu kənd sakini M.Şahverdiyevdən “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti