Oğuzda iki maşın toqquşub, 4 nəfər yaralanıb

Oğuzda iki maşın toqquşub, 4 nəfər yaralanıb
  02 Dekabr 2019    Oxunub:3180
Oğuzda yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az -ın məlumatına görə, hadisə bu gün səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun Oğuz rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"Hyundai" və "Niva" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılardan ikisinin - "Hyundai"in sürücüsü, 1961-ci il təvəllüdlü, Xankəndidə doğulmuş Eldar Ərşad oğlu Quliyev və "Niva"da olan Zaqatala rayon sakini, 1965-ci il təvəllüdlü Oruc Ramazan oğlu Məhərrəmov olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır.



Azvision.az



Teqlər: DİN   Qəza   Oğuz  





Xəbər lenti