31 yaşlı qadın bədbəxt hadisənin qurbanı oldu

31 yaşlı qadın bədbəxt hadisənin qurbanı oldu
  02 Dekabr 2019    Oxunub:2178
Ağdam rayonunda ölümlə nəticələnən hadisə baş verib.
Azvision.az xəbər verir ki, ötən gün Bərdə rayon sakini, 1988-ci il təvəllüdlü Şəfəq Puçaxovanı Ağdam rayonu Alıbəyli kəndində yerləşən, Eldəniz Paşazadəyə məxsus fermada inəkləri sağarkən süd sağan cihazın elektrik keçirməsi nəticəsində cərəyan vuraraq öldürüb.

Faktla bağlı Ağdam rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Azvision.az



Teqlər: Ağdam  





Xəbər lenti