Biri azyaşlı olmaqla 3 nəfər köməksiz vəziyyətdə qaldı

Biri azyaşlı olmaqla 3 nəfər köməksiz vəziyyətdə qaldı
  03 Dekabr 2019    Oxunub:1989
Bakı şəhərinin Nəsimi, Nərimanov və Binəqədi rayonlarında ayrı-ayrı ünvanlarda 1-i azyaşlı olmaqla 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti