Balakəndə 30 yaşlı qadın meşədə intihar edib

  03 Dekabr 2019    Oxunub : 1120
Balakəndə 30 yaşlı qadın meşədə intihar edib
Balakəndə meşədən meyit tapılıb.
Azvision.az xəbər verir ki, rayonun “Beşbulaq” adlanan ərazisində meşə massivində ağacdan asılmış qadın meyiti aşkar edilib.

Araşdırma zamanı meyiti tapılan qadının Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü Mehdiyeva Biçə Vaqif qızı olması müəyyən edilib. Onun intihar etdiyi ehtimal olunur.

Faktla bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.

Azvision.az

Teqlər: Meşə   Meyit   Qadın   İntihar