Tərtərdə müəmmalı ölüm - Kişi keçmiş arvadından polisə şikayət etdi

  Tərtərdə müəmmalı ölüm    - Kişi keçmiş arvadından polisə şikayət etdi
  04 Dekabr 2019    Oxunub:3196
Tərtər rayonunda kişi keçmiş arvadı tərəfindən ölümlə hədələnib.
Azvision.az -ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə Tərtər rayonu, Babək küçəsi ev 35-də yaşayan, 1991-ci il təvəllüdlü Həşimov Elşən İman oğlu məlumat verib.

O bildirib ki, keçmiş həyat yoldaşı Mehdiyeva Səbinə Oqtay qızı və ailə üzvləri ona zəng edərək öldürəcəkləri ilə hədələyirlər. S.Mehdiyeva, həmçinin E.Həşimovun yeni doğulmuş uşağını ona göstərməyəcəyini bildirib.

Sonradan məlum olub ki, E.Həşimovun yeni doğulmuş uşağı dekabrın 2-də Tərtər rayon Xəstəxanasında ölüb.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.

Azvision.az



Teqlər: Tərtər   Polis  





Xəbər lenti