18 yaşlı qız dəm qazından zəhərlənib

  03 Dekabr 2019    Oxunub : 1120
18 yaşlı qız dəm qazından zəhərlənib
Gəncədə dəm qazından zəhərlənmə olub.
Azvision.az xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində baş verib.

Qəsəbə sakini, 2001-ci il təvəllüdlü Şükürlü Mətanət Qalib qızı yaşadığı evin hamamında dəm qazından zəhərlənib. Dərhal xəstəxanaya çatdırılan qızın vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Gəncə   Dəm-qazı   Zəhərlənmə