Salyanda piyadanı maşın vurub öldürdü

  03 Dekabr 2019    Oxunub : 1836
Salyanda piyadanı maşın vurub öldürdü
Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Azvision.az xəbər verir ki, hadisə Xıdırlı kəndinin ərazisindəki körpünün yaxınlığında qeydə alınıb.

Kənd sakini, 1986-cı il təvəllüdlü Mustafayev Sadıq Seyidağa oğlu yolda gedən zaman onu avtomobil vurub. Qəza nəticəsində piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Salyan   Piyada   Maşın