Gəncədə 22 yaşlı oğlan bıçaqlandı

  03 Dekabr 2019    Oxunub : 1016
Gəncədə 22 yaşlı oğlan bıçaqlandı
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Azvision.az xəbər verir ki, cinayət hadisəsi şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Belə ki, 1997-cü il təvəllüdlü Zalov Əli Əhməd oğlu kəsilmiş-deşilmiş yara diaqnozu ilə xəstəxanaya yerləşdirlib. 22 yaşlı gənc dərhal əməliyyat olunub. Onun vəziyyəti kafi qiymətləndirilir.

Hadisəni törədən şəxs və ya şəxslərin tutulması istiqamətində polis tərəfindən əməliyyat axtarışlarına başlanıb. Cinayətin hansı səbəbdən baş verdiyi məlum deyil.

Azvision.az

Teqlər: Gəncə   Bıçaqlanma