Külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
  04 Dekabr 2019    Oxunub:2583
Sabirabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əsgərbəyli kənd sakini Q.Qarayevin evinin həyətindən 455 qram marixuana aşkar edilərək götürülüb.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bundan başqa Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında Gəncə şəhərinin ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakinləri, əvvəllər məhkum olunmuşlar – A.Əliyevdən və E.Əhmədovdan 132 qrama yaxın heroin və 16 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti