Sahib Ələkbərov qəbul keçirəcək

Sahib Ələkbərov qəbul keçirəcək
  09 Dekabr 2019    Oxunub:2621
Vergilər nazirinin müavini Sahib Ələkbərov dekabrın 13-də Astara şəhərində yerləşən Vergiödəyicilərinə xidmət mərkəzində (Heydər Əliyev küçəsi, 34) Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vergilər Nazirliyinin Media və kommunikasiya idarəsindən Azvision.az -a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlar dekabrın 9-11-də Lənkəran şəhəri 6 saylı Ərazi Vergilər Baş İdarəsinə, habelə Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında fəaliyyət göstərən vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də nazirliyin "195-1" Çağrı mərkəzinə zəng etməklə və ya “[email protected]” elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Azvision.az


Teqlər: Qəbul   Vergi  





Xəbər lenti