Axtarışda olan şəxs narkotiklə tutuldu

Axtarışda olan şəxs narkotiklə tutuldu
  09 Dekabr 2019    Oxunub:2029
Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Cabbarov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilərək götürülüb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti