Tərtərdə silahlı insident: Kişini ağzından güllələdilər

    Tərtərdə silahlı insident:    Kişini ağzından güllələdilər
  10 Dekabr 2019    Oxunub:4938
Tərtər rayonunda güllələnmə hadisəsi baş verib.
Azvision.az Report-a istinadən xəbər verir ki, insident şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Belə ki, həmin küçədə yaşayan Behbudov Mənsur Oktay oglu ağzından güllələnib.

Onun kim tərəfindən və hansı səbəbdən güllələndiyi məlum deyil. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti ağır olduğu üçün paytaxtda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Tərtər   Atəş  





Xəbər lenti