Bakıda keçmiş məhkum qətl törədib

Bakıda keçmiş məhkum qətl törədib
  10 Dekabr 2019    Oxunub:2103
Dekabrın 9-da saat 1 radələrində paytaxtın Nizami rayonu ərazisindən Bakı şəhər sakini Ramal Kazımovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə 25-ci Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan N.Səfərov saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti