3 nəfər birləşib oğlanı döydü

  10 Dekabr 2019    Oxunub : 1858
3 nəfər birləşib oğlanı döydü
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini N.Nərimanlı dekabrın 8-də paytaxtın Q.Qarayev prospektində 3 nəfərin onu döyüb mobil telefonunu aldığını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Bakı Şəhər Bakı Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini C.Həmidli saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN