165 min manat, 4 ev və 1 obyekti ələ keçirən dələduz tutuldu

 165 min manat, 4 ev və 1 obyekti ələ keçirən dələduz tutuldu
  10 Dekabr 2019    Oxunub:2464
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Bakı şəhər sakini F.İsmayılov 2017-ci il aprel ayının 15-dən cari il may ayının 21-dək olan müddətdə paytaxt sakini A.Rəsulovun onu aldadaraq 165.000 manatını, 4 mənzilini və 1 ticarət obyektini ələ keçirdiyini bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən A.Rəsulov saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti