Ağcabədidə 3 mağazanı soyan şəxslər tutuldu

Ağcabədidə 3 mağazanı soyan şəxslər tutuldu
  10 Dekabr 2019    Oxunub:1741
Bir qrup Ağcabədi rayon sakini müxtəlif vaxtlarda Ağcabədi RPŞ-yə ərizə ilə müraciət edərək onlara məxsus mağazalardan oğurluq edilməsi barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini E. Məmmədov və Ağcabədi rayon sakini E. Soltanov saxlanılıb.

Araşdırmalar zamanı onların rayon ərazisindəki 3 mağazadan 7500 manat dəyərində ərzaq məhsulları və 130 manat nəğd pul oğurladıqları müəyyən olunub. Dindirilmə zamanı hər iki şəxs törtədikləri cinayət əməlini etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti