Evdən 5 min manat və qızıl oğurlayan qadın tutuldu

Evdən 5 min manat və qızıl oğurlayan qadın tutuldu
  11 Dekabr 2019    Oxunub:3192
İsmayıllı rayonunda evdən külli miqdrad pul və qızıl-zinət əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən - Azvision.az -a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 7-də rayon ərazisindəki evlərin birindən 5000 manat və 850 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Yevlax şəhər sakini, əvvəllər məhkum olunmuş N.Mahmudova saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti