Keçmiş məhkumdan 2 kq heroin götürülüb

Keçmiş məhkumdan 2 kq heroin götürülüb
  11 Dekabr 2019    Oxunub:1926
Polis əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 9-da Muğan kəndi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Hüseynovun idarə etdiyi “VAZ-21015” markalı avtomobildən 2 kiloqram 630 qram heroin aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti