Gömrükdə gizlədilən zərgərlik məmulatları aşkarlanıb

Gömrükdə gizlədilən zərgərlik məmulatları aşkarlanıb
  11 Dekabr 2019    Oxunub:2388
Zərgərlik məmulatlarının ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a verilən məlumata görə, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə “Bagtyyar” gəmisi ilə Azərbaycana gələn sərnişin Gülnar Niyazmamedovanın əl çantalarında gömrük nəzarətindən gizlədilən zərgərlik məmulatı barədə məlumat daxil olub.

Gömrük baxışı zamanı həmin şəxsin əl çantalarında gömrük nəzarətindən gizlədilən və aşkarlanmanı çətinləşdirən üsuldan istifadə etməklə qablaşdırılan 15 ədəd boyunbağı, 14 ədəd qolbaq, 37 cüt sırğa, 86 ədəd üzük və 3 ədəd kulondan ibarət olmaqla, cəmi 2 kiloqram 400 qram gümüş məmulatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DGK  





Xəbər lenti