Yardımlıda 6 otaqlı evdə yanğın olub

Yardımlıda 6 otaqlı evdə yanğın olub
  11 Dekabr 2019    Oxunub:2107
Yardımlı rayonunda yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 220 m² olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyaları və dam örtüyü 60 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın   Mənzil  





Xəbər lenti