Evdə saxta araq hazırlayanlar ifşa olundu
Baxış zamanı Ş.Yusubzadə tərəfindən mənzilin sanitar qovşağında antisanitar şəraitdə süzülərək kustar üsulla doldurulmuş 20 ədəd müxtəlif həcmli, 4 ədədi isə 10 litrlik şüşə qablarda və 1 ədəd 3 litrlik şüşə qabda naringi şirəsi qatılmış alkoqollu içkilər, 5 ədəd içki süzmək üçün qıf və 16 kisə boş butulkalar aşkar edilərək götürülüb. Aşkar edilən içkilərin tərkibinin müəyyənləşdirilməsi məqsədilə laboratoriyaya nümunələr göndərilib.
"Vergi orqanları əhalini bir daha xəbərdar edir ki, ticarət şəbəkələrindən kənar yerlərdən kassa çeki olmadan şübhəli, mənşəyi məlum olmayan alkoqollu içkilərin alışı ilə həm özlərinin, həm də yaxınlarının həyat və sağlamlığını təhlükəyə atmış olurlar. Belə halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdiriləcək. Vətəndaşlardan bu cür saxta malların satışı faktlarına rast gəldikdə əlaqədar dövlət orqanlarına müraciət etməsi xahiş olunur", -deyə məlumata qeyd olunub.
Azvision.az
Teqlər: Vergi