Qaradağdakı partlayışın ilkin səbəbi açıqlandı
"Hadisə nəticəsində mərkəzin direktor müavini Nərgiz Ələmova xəsarət alıb və təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılıb. Ambulator müayinə və ilkin tibbi yardım göstərildikdən sonra N.Ələmova evə buraxılıb. Şagirdlərdən xəsarət olan yoxdur.
Hadisə ilə əlaqədar mərkəz rəhbərliyi tərəfindən dərhal Fövqəladə Hallar Nazirliyi, Qaradağ Rayon İcra Hakimiyyəti, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və digər aidiyyəti qurumlara məlumat verilib. Məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən aparılan araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək".
Aytən Zəhra
Azvision.az
Teqlər: BŞTİ