Balakən və Saatlıda ev yanıb

  17 Dekabr 2019    Oxunub : 1305
Balakən və Saatlıda ev yanıb
Balakən rayonunun Xalatala kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m² sahədə yanıb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Saatlı rayonunun Çolpı kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və 1 otağına yığılan 1.2 ton ot bağlaması yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın