Sumqayıtda "Shacman" aşıb: İki nəfər ölüb

 Sumqayıtda "Shacman" aşıb:    İki nəfər ölüb
  17 Dekabr 2019    Oxunub:3048
Sumqayıt şəhərində iki nəfərin ölümü nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində "Shacman" markalı yük avtomobili yol kənarına aşıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sürücü 1989-cu il təvəllüdlü Nəsibov Elvin Qəzənfər oğlunun və sərnişin 1984-cü il təvəllüdlü Rəhimov Rəşad Xaləddin oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti