Xaçmazda evdən 21 minlik oğurluq edilib

Xaçmazda evdən 21 minlik oğurluq edilib
  17 Dekabr 2019    Oxunub:2520
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qaraqurdlu kənd ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən 21625 manat dəyərində məişət əşyaları və avadanlıqları oğurlayan şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Azvision.az -a verilən məlumata görə, araşdırmalarla onun Tofik Şeydayev olduğu müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxs evə qanunsuz daxil olaraq oradan zərərçəkmişə məxsus əşya və avadanlıqları oğurladığını etiraf edib. Qanunsuz olaraq əldə etdiyi qənimətlərin bir hissəsinin Bakı şəhərində dəyərindən ucuz qiymətə satan T.Şeydayev əldə etdiyi pulları xərclədiyini bildirib.

Oğurluq yolu ilə əldə edilmiş əşyaların xeyli hissəsi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti