Bakıda iki avtomobil yanıb

Bakıda iki avtomobil yanıb
  18 Dekabr 2019    Oxunub:2108
Bakı şəhərinin Nərimanov rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu qismən yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan yaxınlıqda dayanan "Mercedes" markalı yük avtomobilinin ön hissəsi qarsalanıb və ümumi sahəsi 400 m² olan tikilinin plastikdən ibarət giriş qapısı əriyib.

Tikilinin və hər iki avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Maşın   Yanğın  





Xəbər lenti