Bakıda piyadanı vurub qaçan sürücü saxlanıldı

Bakıda piyadanı vurub qaçan sürücü saxlanıldı
  18 Dekabr 2019    Oxunub:2632
Dekabrın 15-də saat 23 radələrində Xətai rayonunun M.Hadi küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Ə.Cəfərova vurulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, qadına xəstəxanada ilkin tibbi yardım göstərilib.

Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Changan” markalı avtomobilin sürücüsü, paytaxt sakini E.Cəfərov saxlanılıb.

Azvision.az


Teqlər: DİN  



Xəbər lenti