Axtarışda olan 37 nəfər saxlanılıb

Axtarışda olan 37 nəfər saxlanılıb
  18 Dekabr 2019    Oxunub:2038
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilən 13 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Cinayət   Kriminal   Xronika  



Xəbər lenti