Daha bir yol qəzası: 2 nəfər öldü

Daha bir yol qəzası:    2 nəfər öldü
  18 Dekabr 2019    Oxunub:3309
Stansiya Sumqayıt qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, dekabrın 17-də saat 6 radələrində Stansiya Sumqayıt qəsəbəsi ərazisində Saatlı rayon sakini Elvin Nəsibov idarə etdiyi “Hovo” markalı yük avtomobili yolun kənarına aşırıb və yük yerində olan çınqıl dağılıb. Nəticədə sürücü və sərnişini - Füzuli rayon sakini Rəşad Rəhimov hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti