Marketdən 550 qutu siqaret və seyf oğurlanıb - FOTO

Marketdən 550 qutu siqaret və seyf oğurlanıb -    FOTO
  18 Dekabr 2019    Oxunub:3804
Paytaxtın Nəsimi rayonu Asif Məhərrəmov küçəsində yerləşən marketlərdən birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, naməlum şəxs gecə saatlarında mağazanın qapısını sındırıb içəri daxil olaraq oradan 550 qutu müxtəlif növ tütün məmulatları və içərisində 1923 manat olan seyfi götürərək hadisə yerindən uzaqlaşıb. Gecə saatlarında həmin şəxsin şübhəli davranışları və əlindəki oğurlanmış siqaret qutuları polislərin diqqəti cəlb etdiyindən o, Binəqədi rayonu ərazisində rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 7-ci Polis Bölməsinə gətirilib.



Bölmədə həmin şəxsin Sabirabad rayon sakini Babək İsmayılov olduğu müəyyən edilib. Onun ərtrafında aparılan əməliyyat tədbirləri ilə əlindəki siqaret qutularını Nəsimi rayonunda yerləşən həmin mağazadan oğurladığını etiraf edib. Babək İsmayılovun qeyd edilən obyektdən oğurladığı seyfin də yeri polislər tərəfindən müəyyən edilərək maddi sübut kimi götürülüb.



Araşdırma zamanı Babək İsmayılovun Binəqədi rayonu ərazisində yerləşən binalardan birinin həyətindən ipdən asılmış paltarlar və pərdələr oğurladığı da məlum olub. Saxlanılan şəxs barəsində 7-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti