Balakən sakini Rusiyadan qayıdan oğlunu güllələdi - Yenilənib

   Balakən sakini Rusiyadan qayıdan oğlunu güllələdi -  Yenilənib
  19 Dekabr 2019    Oxunub:5146
Balakəndə odlu silahdan açılan atəş nəticəsində yaralanan digər 3 nəfərin kimliyi məlum olub.
Yaralananlar Yeni Şərif kənd sakinləri - 1968-ci il təvəllüdlü Həvva Abbas qızı Bicilova, 18 aylıq körpə Xədicə Əhməd qızı Baydarova və 1980-ci il təvəllüdlü Məryəm Məhəmməd qızı Anarəcəbovadır.

Hər üç yaralı xəstəxanaya yerləşdirilib. İnsidentin təfərrüatları araşdırılır.

***
Balakəndə silahlı insident baş verib.

Azvision.az APA-ya istinadən xəbər verir ki, bu gün hadisə axşam saatlarında rayonun Yeni Şərif kəndində baş verib.

Kənd sakini, 1966-cı il təvəllüdlü Məhəmməd Əhmədiyyə oğlu Bağmanov yaşadığı ünvanda ov tüfəngi ilə oğlu - 1987-ci il təvəllüdlü Əhməd Bağmanovu güllələyib. Ov tüfəngindən açılan atəşdən sonra ətrafa yayılan qırmalar Əhmədlə bərabər biri azyaşlı olmaqla daha üç nəfəri yaralayıb. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hazırda Ə.Bağmanovun üzərində cərrahiyyə əməliyyatı aparılır. Azyaşlı və digər yaralılar müayinə edilir. Balakən rayon hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırmalar aparır.

Məlumatda bildirilir ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Güllələnən Ə.Bağmanov iki gün əvvəl Rusiya Federasiyasından evə qayıdıb.

Azvision.az



Teqlər: Balakən   İnsident  





Xəbər lenti