Yevlaxdakı qəzada ölənlərdən ikisinin kimliyi məlum oldu

Yevlaxdakı qəzada ölənlərdən ikisinin kimliyi məlum oldu
  19 Dekabr 2019    Oxunub:3127
Yevlax şəhərinin Qoyunbinəsi kəndində “Hyundai” markalı yük avtomobili ilə “Mitsubishi” markalı minik avtomobili toqquşub.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Aran Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1974-cü il təvəllüdlü Musəvi Elman Abbas oğlunun, 1975-ci il təvəllüdlü Rüstəmov Cəlal Şaşa oğlunun və daha bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Qəza  





Xəbər lenti