Piyadanı vurub qaçan sürücü tutuldu

Piyadanı vurub qaçan sürücü tutuldu
  20 Dekabr 2019    Oxunub:2159
Dekabrın 14-də saat 14 radələrində Şəmkir rayonunun Təzəkənd kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən kənd sakini Ə.Əliyev vurulmuş və nəticədə piyada xəstəxanaya yerləşdirilib.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, Mahmudlu kənd sakini N.Məhərrəmov saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti