Paytaxtda evdən 13 minlik oğurluq edilib

Paytaxtda evdən 13 minlik oğurluq edilib
  20 Dekabr 2019    Oxunub:3307
Oğurluq etdiyinə görə tutulan şəxsin digər cinayət əməli müəyyən edilib.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, oğurluq etdiyinə görə tutulan R.Ramazanovun ətrafında Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərin birindən 6000 manat və 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Azvision.az


Teqlər: DİN  



Xəbər lenti