Çayda palçığa batan şəxs xilas edildi

Çayda palçığa batan şəxs xilas edildi
  20 Dekabr 2019    Oxunub:2115
Ağsu rayonunun Ərəbmehdibəy kəndində, Girdimançay çayının sahilində bir nəfərin palçığa bataraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti