AzTU-da ilk tələbə-rektor
Çıxışlardan sonra 7 tələbə-rektor namizəd arasında gizli səsvermə keçirilib. Qaydalara əsasən, hər namizəd şəxsən özünə və digər bir nəfər namizədə səs verib.
Səsvermənin nəticəsinə görə, Azərbaycan Texniki Universitetinin ilk tələbə-rektor seçkisinin qalibi “İnformasiya və kommunikasiya texnologiyaları” fakültəsinin 2-ci kurs tələbəsi Əli Abdullazadə olub.
AzTU-nun rektoru Vilayət Vəliyev tələbə-rektor Əli Abdullazadəni qəbul edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Bir il müddətinə seçilən tələbə-rektor ona verilən səlahiyyətlər daxilində AzTU-da təhsil alan tələbələrin maraqlarını təmsil edəcək.
Əli Abdullazadə 2001-ci il iyunun 15-də Bakıda anadan olub. Yasamal rayonu 52 nömrəli məktəbin məzunudur. Karatenin Kempo növü üzrə Avropa və dünya çempionudur.
Teqlər: