Rusiyada axtarışda olan şəxs Bakıda tutuldu

 Rusiyada axtarışda olan şəxs Bakıda tutuldu
  21 Dekabr 2019    Oxunub:3411
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan İ.Abdurəhmanov saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 7 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Araşdırmalarla onun Rusiya Federasiyası Cinayət Mətcəlləsinin 158-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti