Narkotik satan qardaşlar saxlanıldı

Narkotik satan qardaşlar saxlanıldı
  21 Dekabr 2019    Oxunub:2572
Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri A.Mamedov saxlanılıb, qardaşı Allahşükür isə müəyyən edilib.
DİN-in Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən Allahşükürün yaşadığı evə baxış zamanı oradan 100 qramdan artıq heroin, 50 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən Allahşükürə məxsus “VAZ-21705” markalı avtomobilin rayonun Taxta Körpü qəsəbəsi ərazisində olduğu müəyyən edilib. Ağcabədi və Zərdab RPŞ əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə qeyd edilən nəqliyyat vasitəsi qəsəbə ərazisində saxlanılıb.

Avtomobilin salonuna baxış zamanı oradan heroin aşkar edilərək götürülüb. Nəqliyyat vasitəsini idarə edən Ağcabədi şəhər sakini P.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti