Hacıqabulda ağır qəza - 5 uşaq xəsarət aldı

  21 Dekabr 2019    Oxunub : 2929
 Hacıqabulda ağır qəza - 5 uşaq xəsarət aldı
Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 78-ci kilometrliyində qeydə alınıb. Belə ki, Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində “Toyota Rav-4” markalı avtomobilin aşması nəticəsində 6 nəfər xəsarət alıb.

Yaralılar - Bakı sakinləri, 2006-cı il təvəllüdlü Yolçiyeva Gülər İlham qızı, 2003-cü il təvəllüdlü Yolçiyeva Sevgi İlham qızı, 2007-ci il təvəllüdlü Qarayeva Ayşən Həbib qızı, 2016-cı il təvəllüdlü Qarayev Fərid Həbib oğlu və 2004-cü il təvəllüdlü Qarayeva Nərmin Həbib qızı Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alan avtomobilin sürücüsü, 1984-cü il təvəllüdlü Almaz Yolçiyevanın vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə aparılıb.

Xatırladaq ki, A.Yolçiyeva qəzada xəsarət alan yeniyetmələr - G.Yolçiyeva və S.Yolçiyevanın anasıdır.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Qəza   Hacıqabul