Gəncədə köməksiz qalan 4 nəfər xilas edildi

Gəncədə köməksiz qalan 4 nəfər xilas edildi
  22 Dekabr 2019    Oxunub:2321
Gəncə şəhərinin Kəpəz rayonunda 4 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.​

Azvision.az



Teqlər: FHN   Gəncə  





Xəbər lenti